Qəzalı binanın 60 ildir həll olunmayan kanalizasiya problemi – VİDEO

Qəzalı binanın 60 ildir həll olunmayan kanalizasiya problemi – VİDEO
SOSİAL
23:40 05.11.2021
231
Kürdəmir rayonu Bakı prospektində yerləşən 41 nömrəli yaşayış binası ötən əsrin 60-cı illərində inşa olunub.

Bina ikimərtəbəli olmaqla 14 mənzildən ibarətdir, burada 40-a yaxın sakin yaşayır. Binanın kanalizasiya xətlərinin üzərində zaman-zaman müxtəlif obyektlər tikilib və borular tamamilə sıradan çıxıb.

Sakinlərin sözlərinə görə, hər dəfə yağış yağanda kanalizasiya xətti su ilə dolur, binanın həyəti suya qərq olur və hərəkət etmək mümkün olmur. Hər dəfə yağış sularını müxtəlif tenikalarla çəkdirib qurudurlar. Həyətdə yay aylarında da üfunət qoxusundan dayanmaq mümkün olmur.

Daha ətraflı Baku TV-nin süjetində:
OXŞAR XƏBƏRLƏR