Qəzaya uğrayan hərbi təyyarənin pilotunun - Fotosu

Qəzaya uğrayan hərbi təyyarənin pilotunun - Fotosu
SOSİAL
15:07 25.07.2019
5742
Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizində qəzaya uğraması nəticəsində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevin görüntüsü yayılıb. 

AZXEBER.COM xəbər verir ki, fotonu Azvision.az paylaşıb. 

Qeyd edək ki, hadisə iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman baş verib. MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Pilotun axtarışı həyata keçirilir. 

Faktla bağlı cinayət işi açılıb. Hərbi Prokurorluqda qurumun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb. Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.
 

 


OXŞAR XƏBƏRLƏR