İsrailin martın 2-dən etibarən humanitar yardımların ölkəyə girişini əngəllədiyi Qəzzaya "məhdud sayda yardım maşını gəlib" elanından sonra Qəzza hökuməti bölgəyə "həqiqi yardım çatmadığını" bəyan edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hökumətin Qəzzadakı media ofisi İsrailin Qəzzaya yardıma icazə verdiyi barədə bəyanatlarına cavab verib.
"Biz açıq şəkildə təsdiq edirik ki, 80 gündən çox davam edən sərt blokada və getdikcə şiddətlənən aclıq şəraitində Qəzza zolağına heç bir real yardım çatmayıb. Təxminən üç aya yaxındır ki, işğalçı İsrail bütün sərhəd keçidlərini bağlayıb və bir dənə də olsun buğda taxılının içəri girməsinə icazə verməyib" deyə bəyanatda bildirilir.
İsrailin uşaqlar üçün qida əlavələri daşıyan 9 yardım maşınının Qəzzaya girməsinə icazə verəcəyini iddia edən bəyanatda bunun "təcili ehtiyaclar okeanında sadəcə bir damla olduğu və əsas yaşayış tələblərini əhatə etmədiyi" qeyd edilib.
Bildirilib ki, İsrail 80 gündə fələstinlilərin Qəzzaya gündəlik ehtiyac duyduğu 500 yardım maşını və 50 yanacaq daşıyan 44 min yük maşınının ölkəyə girişinin qarşısını alıb.
Gülay