Qəzza Səhiyyə Nazirliyi: Qəzzanın səhiyyə sistemi pis vəziyyətdədir

Qəzza Səhiyyə Nazirliyi: Qəzzanın səhiyyə sistemi pis vəziyyətdədir
DÜNYA
14:07 23.09.2025
245
İsrail ordusunun hücumları və blokadası altında olan Qəzza zolağında səhiyyə sisteminin çökmə həddinə çatdığı bildirilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fələstinin Qəzza Səhiyyə Nazirliyi Qəzzadakı səhiyyə sisteminin vəziyyəti ilə bağlı açıqlama yayıb.

Açıqlamada, "Qəzzada səhiyyə sistemi pis vəziyyətdədir. Səhiyyə sistemindən qalanları xilas etmək üçün edilən bütün cəhdlər, xəstəxanaların və səhiyyə xidmətlərinin sistematik şəkildə məhv edilməsinin təzyiqi altında uğursuzluğa düçar ola bilər" deyə qeyd olunub.

Tibbi ləvazimat, dərman, yanacaq və humanitar yardım axınını da məhdudlaşdıran İsrail blokadası altında minlərlə xəstə və yaralının həyatını xilas etmək üçün mübarizə aparan xəstəxanalar məhdud imkanlarla fəaliyyət göstərməkdə çətinlik çəkir.

Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyindən əvvəlki açıqlamada yanacaq böhranının təhlükəli həddə çatdığı bildirilib. 2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 65 344 fələstinli ölüb, 166 795 nəfər yaralanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR