Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək

Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək
DÜNYA
02:38 19.10.2025
217
Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə Misir rəhbərlik edəcək.

Bu barədə "The Guardian" mənbələrə istinadən bildirib.

Qeyd olunur ki, Azərbaycan, Türkiyə və İndoneziya da sabitləşdirmə korpusu sıralarına əhəmiyyətli sayda hərbçi göndərəcək.

Məlumata görə, ABŞ və Avropa ölkələri Qəzza üçün beynəlxalq kontingentin formalaşdırılması və onun səlahiyyətlərinin dəqiq müəyyən edildiyi qətnamə layihəsini BMT-nin Təhlükəsizlik Şurasının səsverməsinə çıxaracaqlar.

Qeyd olunur ki, Vaşinqton korpusun BMT mandatına malik olmasında israr edir.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR