Qəzza zolağında ölənlərin sayı 10812 nəfərə çatıb

Qəzza zolağında ölənlərin sayı 10812 nəfərə çatıb
DÜNYA
23:32 09.11.2023
285

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 10 812 nəfərə çatıb.

Bu barədə "Əl-Cəzirə" telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qurbanlar arasında azı 4 412 uşaq var.

Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin növbəti mərhələsi oktyabrın 7-də səhər tezdən Qəzza zolağından İsrail ərazisinə raket hücumundan sonra baş verib. İsrail ordusu cavab olaraq "müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin "müharibə vəziyyətinə” daxil olduğunu elan edib.

OXŞAR XƏBƏRLƏR