Qəzza zolağında ölənlərin sayı 28 mini keçib

Qəzza zolağında ölənlərin sayı 28 mini keçib
DÜNYA
19:34 10.02.2024
167

Qəzza zolağında eskalasiya başlayandan bəri 28 064 fələstinli həlak olub.

Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumatda, həmçinin 67 611 fələstinlinin yaralandığı qeyd olunur.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

OXŞAR XƏBƏRLƏR