Qəzza zolağında son 24 saatda ölənlərin sayı artıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yanvarın 19-da İsrail ilə Həmas arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.
Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 12 ölü və 14 yaralı gətirilib.
İsrailin atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 7 nəfərin həyatını itirdiyi, 5 nəfərin cəsədinin dağıntılar altından çıxarıldığı bildirilib.
Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 48 min 515 nəfərə, yaralıların sayı isə 111 min 941 nəfərə yüksəlib.
Gülay