Qəzza zolağının şimalında İsrailin 12 hərbçisi ölüb

Qəzza zolağının şimalında İsrailin 12 hərbçisi ölüb
DÜNYA
18:57 01.11.2023
175
Qəzza zolağının şimal hissəsində ötən sutkada baş verən döyüşlər nəticəsində İsrail Müdafiə Ordusunun 12 hərbçisi ölüb.

Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, ölənlərdən ikisi leytenant, 7-si serjant, 3 kapraldır.

Qeyd olunub ki, bunlardan 9-u tank əleyhinə raketin düşməsi nəticəsində ölüb.
OXŞAR XƏBƏRLƏR