Poliomielit epidemiyasının yayıldığı Qəzzada təxminən 159 min uşaq peyvənd edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Verilən açıqlamada deyilir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatının (UNRWA) 10 yaşdan kiçik uşaqlar üçün təşkil etdiyi peyvənd kampaniyası təşkil edib.
Kampaniyanın ikinci günündə Qəzzanın mərkəzi hissəsində 158 min 992 uşaq peyvənd edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Fələstin Səhiyyə Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və BMT-nin Yardım və İşlər Agentliyi ilə əməkdaşlıq çərçivəsində Qəzza zolağında 10 yaşdan kiçik 600 mindən çox uşaq poliomielit peyvəndi ilə əhatə olunub.
Qeyd edək ki, avqustun 31-də axşam saatlarında Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində 10 yaşından kiçik uşaqlar üçün poliomielit peyvəndi kampaniyasına start verilib.