İsrail ordusunun bu gün səhər saatlarında Qəzza zolağının bombardmanı nəticəsində 33-ü uşaq, qadın və qoca olmaqla azı 50 fələstinli həlak olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Qəzzadakı Media Ofisi açıqlama verib.
Açıqlamada deyilir:
"İşğalçı İsrail ordusunun Qəzza zolağında müdafiəsiz mülki əhaliyə qarşı həyata keçirdiyi qanlı qətliamları ən kəskin şəkildə qınayırıq".
Açıqlamada İsrailin səhər saatlarında Qəzzaya hücumlarını gücləndirdiyi vurğulanıb və bu hücumlarda İsrail ordusunun birbaşa olaraq şorbaxanaları, mülki evləri, köçkün fələstinlilərin sığındığı sığınacaqları və xəstəxanaları hədəf aldığı qeyd edilib.
İsrailin Qəzza zolağında soyqırım cinayəti törətdiyinə diqqət çəkən açıqlamada bu gün səhər saatlarında İsrail ordusunun həyata keçirdiyi hücumlarda 33-ü uşaq, qadın və qoca olmaqla 50-dən çox fələstinlinin həyatını itirdiyi bildirilib.
Bəyanatda, beynəlxalq hüquq və razılaşmaların açıq və sistemli şəkildə pozulması diqqətə çəkilib.
Oksana