Fələstinlilər qida və su tələblərini bildiriblər. Etirazçılar insanlar heyvan yemi yeyir deyiblər və yemək istədiklərini bildiriblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağında fələstinlilər aclıqla mübarizə aparır. Qəzzanın şimalında yaşayan insanlar küçələrə çıxaraq hücumlara reaksiya verib.
Qəzəbli kütlə Qəzzanın şimalında humanitar yardımın çatdırıla bilmədiyi Cibaliya Qaçqınlar Düşərgəsində küçələrə çıxaraq "Yemək istəyirik”, "Yaşamaq istəyirik” və "Xalq bir şey istəyir” kimi şüarlar səsləndirib.
Nümayişçilər bölgədə qida və su çatışmazlığına diqqət çəkmək üçün daşıdıqları qablara vuraraq səs-küy salıblar. Qəzza zolağının şimalında insanları heyvan yemi yeməyə məcbur edən blokadanın aradan qaldırılmasını tələb ediblər.
Fələstinli Yunus Əbu Verde deyib:
"İnsanlar yaşamaq istəyirlər, amma mühasirədədirlər, nə yemək var, nə su, nə də çörək. İnsanlar heyvan yemi yeyirlər və dünyanın digər ölkələri kimi yemək istəyirlər”.
BMT-nin Ümumdünya Ərzaq Proqramı Qəzzanın şimalına həyat qurtaran ərzaq yardımının təhlükəsiz paylanmasına imkan verən şərtlər yerinə yetirilənə qədər paylanmasını dayandırmaq qərarına gəlib.
Nəzrin