Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı

Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
DÜNYA
12:04 04.08.2025
228
İsrailin mühasirəyə aldığı və humanitar yardım keçidlərini məhdudlaşdırdığı Qəzza zolağında vəziyyət hər keçən gün daha da ağırlaşır.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
 
Açıqlamaya görə, son 24 saat ərzində bölgədə daha 5 mülki şəxs aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirib.

Bu günə qədər aclıq və qidalanma çatışmazlığından ölənlərin ümumi sayının 180-ə çatdığı bildirilib. Ölənlərin 93-nün uşaq olduğu qeyd olunub.

Qeyd edək ki, İsrail 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında müdafiəsiz mülki əhalini hədəfə alır və aclığı da bir silah kimi istifadə edir. Humanitar yardımların bölgəyə çatdırılmasına qoyulan məhdudiyyətlər səbəbilə vəziyyət kritik həddə çatıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR