Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı

Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
DÜNYA
12:06 25.08.2025
302
İsrailin davam edən hücumları və mühasirəsi nəticəsində humanitar fəlakətin yaşandığı Qəzza Zolağında aclıqdan həyatını itirənlərin sayı sürətlə artır.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yerli səhiyyə mənbələrinin verdiyi məlumata görə, son 24 saat ərzində aclıqdan ölənlərin sayı daha 11 nəfər artaraq ümumilikdə 300 nəfərə çatıb. Onlardan azı 117-si uşaqdır.

Beynəlxalq yardım təşkilatları bölgədə ciddi ərzaq və tibbi yardım çatışmazlığı olduğunu bildirib. Qəzza əhalisi aylarla davam edən blokada səbəbindən gündəlik qida və içməli su ehtiyaclarını qarşılaya bilmir. Xüsusilə uşaqlar və yaşlılar arasında qidalanma ilə bağlı problemlər həyati təhlükə səviyyəsinə çatıb.

BMT və digər beynəlxalq təşkilatlar İsrailə təcili atəşkəs və humanitar dəhlizlərin açılması üçün çağırışlarını davam etdirir. Lakin bölgəyə yardımın daxil olması son dərəcə məhdud şəkildə həyata keçirilir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR