Fələstinin Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki mikrobloqunda məlumat verib.
"Tərəflər və vasitəçilər arasında əldə olunmuş razılığa əsasən, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-u Qəzza vaxtı ilə səhər saat 8:30-da qüvvəyə minəcək", - o qeyd edib.
///Report