Qəzzada atəşkəs razılaşmasıyla bağlı irəliləyiş əldə olunmayıb

DÜNYA
18:48 20.12.2024
167
ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri Uilliam Börns Qəzzada atəşkəs razılaşmasıyla bağlı danışıqlarda irəliləyiş əldə olunmadıqdan sonra Qətəri tərk edib

Bu barədə ABŞ rəsmisi "The Washington Post" qəzetinə bildirib.

"Girov müqaviləsi və atəşkəs razılaşmasının tamamlanması istiqamətində heç bir irəliləyiş olmadı", - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, danışıqlar üçün Qətərdə olan ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri Uilliam Börns Qətəri tərk edib.
 
///apa

OXŞAR XƏBƏRLƏR