Qəzzada baş verən qarşıdurmalarda daha 2 İsrail əsgəri həlak oldu

Qəzzada baş verən qarşıdurmalarda daha 2 İsrail əsgəri həlak oldu
DÜNYA
14:08 17.01.2024
149
Qəzzanın şimalında baş verən qarşıdurmada İsrail ordusu 2 əsgərini itirib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölən İsrail əsgərlərinin ümumi sayı 525-ə yüksəlib.

Ordudan verilən açıqlamada qarşıdurmalarda 14-cü Briqada 87-ci Batalyonda xidmət edən əsgərlər Zəkəriyyə Pesach Haber (32) və Yair Katzın (34)  öldüyü bildirilib.

İsrail ordusunun internet saytındakı məlumatlara görə, 2023-cü il oktyabrın 7-dən bu yana 525 İsrail əsgəri öldürülüb ki, onlardan 190-ı quru işğalı zamanıdır.

Gülay
OXŞAR XƏBƏRLƏR