Qəzzada baş verənləri “soyqırım” adlandıran tibb bacısı işdən çıxarıldı

Qəzzada baş verənləri “soyqırım” adlandıran tibb bacısı işdən çıxarıldı
DÜNYA
12:11 30.05.2024
113
ABŞ-nin Nyu-York şəhərində tibb bacısı İsrailin Qəzzaya hücumlarını "soyqırım” kimi qələmə verdikdən sonra xəstəxana rəhbərliyi tərəfindən işdən çıxarılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fələstin əsilli ginekologiya tibb bacısı Hesen Cabr Nyu Yorkdakı NYU Langone Tibb Mərkəzi tərəfindən "şəfqət mükafatına" layiq görülüb.

Cabr mükafatlandırma mərasimindəki çıxışında "Ölkəmin qadınlarının Qəzzada törədilən soyqırımda ağlasığmaz itkilər verdiyini görmək məni ağrıdır”, -deyib.

Tibb bacısı daha sonra sosial media hesabında mükafat çıxışından sonra xəstəxana rəhbərliyi tərəfindən işdən çıxarıldığını açıqlayıb.

Xəstəxana rəhbərliyi Cabrın işdən çıxarılmasını təsdiq edərək bildirib ki, tibb bacısına əvvəllər "onun bölücü və ittihamedici fikirlərini iş yerinə gətirməməsi barədə xəbərdarlıq edilib”.

Mikayıl
OXŞAR XƏBƏRLƏR