Qəzzada hücumlar 222 gündür davam edir

Qəzzada hücumlar 222 gündür davam edir
DÜNYA
12:45 15.05.2024
113

İsrailin Rəfahda intensivləşən hücumları səbəbindən 450 min fələstinli yenidən mühacirət etməli olub.


 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail Qəzzaya hücumlarını davam etdirir.


 

Qəzza zolağında təhlükəsiz yer qalmadığı üçün, İsrailin hücumlarından qaçan fələstinlilər son sığınacaqları Rəfahdan köç etməyə başlayıblar.


 

450 mindən çox fələstinli mühacirət etməli olub.


 

Birləşmiş Millətlər Təşkilatı İsrailin hücumlarının intensivləşdiyi Rəfahdan 450 mindən çox fələstinlinin köç etdiyini açıqlayıb.


 

İsrail ordusunun Qəzzanın şimalına yenidən intensiv hücumları nəticəsində minlərlə fələstinli Cibaliyaya köç etmək məcburiyyətində qalıb.


 

Nəzrin

OXŞAR XƏBƏRLƏR