Qəzzada İsrailə ağır zərbə - Yüksək rütbəli əsgərlər öldü

Qəzzada İsrailə ağır zərbə - Yüksək rütbəli əsgərlər öldü
DÜNYA
13:00 13.12.2023
157
İsrail ordusu dünən Qəzzanın şimalında baş verən qarşıdurmalarda zabitlər də daxil olmaqla ən azı 10 əsgərini itirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail dünən Qəzzada fələstinli qruplarla şiddətli toqquşmalarda biri polkovnik də daxil olmaqla ən azı 10 əsgərini itirib.

İsrail ordusundan verilən açıqlamada polkovnikin Qəzzada döyüşən bölməyə komandirlik etdiyi bildirilib.

Açıqlamada Qəzza zolağındakı qarşıdurmalarda ölənlərin sayının son ölümlərlə 113-ə yüksəldiyi, 7 oktyabrdan bu yana həyatını itirən əsgərlərin sayının isə 442 olduğu bildirilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR