Qəzzada ölənlərin sayı 40 min 534-ə yüksəldi

DÜNYA
11:45 28.08.2024
112
İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücum etdiyi Qəzzada can itkisi 40 min 534 artıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail oktyabrın 7-dən Qəzza zolağında mülki insanları hədəfə alır.
 
Dünya dinc yaşayış məntəqələrini bombalayan İsrail qüvvələrinin bu soyqırımını səssizcə seyr edir. Gündən-günə artan hücumlar bölgədəki həyat əlamətlərini günü-gündən məhv edir.
 
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 24 saatda həyata keçirdiyi 4 hücumda 58 mülki vətəndaşın həyatını itirdiyi, 131 mülki vətəndaşın isə yaralandığı bildirilib.

Qəzza zolağının hər yerində davam edən hücumların 327 günlük balansının yer aldığı açıqlamada can itkisinin 40 min 534-ə, yaralı sayının isə 93 min 778-ə yüksəldiyi açıqlanıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR