İsrailin 24 saat ərzində həyata keçirdiyi hücumlarda Qəzza zolağında can itkisi 47 min 583-ə yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 1 gün ərzində 3 mülki vətəndaş ölüb, 28 mülki vətəndaşın cansız cəsədi dağılmış binaların dağıntıları altından çıxarılıb.
İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasının Qəzza zolağında icrası davam edir. İsrailin 7 oktyabr 2023-cü ildə başlatdığı hücumları zamanı çökən binaların altında qalan mülki vətəndaşların axtarışları bütün sürəti ilə davam edir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrailin son 24 saat ərzində təşkil etdiyi hücumlarda 2 nəfərin həyatını itirdiyi, daha əvvəl yaralanan 1 nəfərin öldüyü, daha 28 mülki vətəndaşın cəsədinin çökən binaların dağıntıları altından çıxarıldığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildə başlatdığı hücumlarda ümumi can itkisinin 47 min 583-ə, yaralı sayının isə 111 min 633-ə yüksəldiyi bildirilib.
Oksana