İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 50 min 609-a yüksəlib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
Verilən açıqlamada Qəzza zolağında son 24 saatda 86 nəfərin öldüyü, 287 nəfərin isə yaralandığı bildirilib. İsrailin atəşkəsi pozduğu 18 martdan bu yana həyatını itirənlərin sayının 1249-a, yaralıların sayının isə 3022-yə yüksəldiyi bildirilib.
İsrailin Qəzza zolağına hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bu yana ümumi insan itkisi 50.609-a, yaralıların sayı isə 115.063-ə yüksəlib.
Oksana