İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 50 min 846 nəfərə yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
İsrail ordusu Qəzza zolağına hücumlarını davam etdirir.
Verilən açıqlamada, Qəzza zolağında son 24 saatda 36 nəfərin öldüyü, 41 nəfərin isə yaralandığı bildirilib.
İsrailin martın 18-də atəşkəsi pozmasından bu yana 1482 nəfərin həyatını itirdiyi, 3688 nəfərin yaralandığı qeyd edilib. Nazirliyin açıqlamasına görə, 7 oktyabr 2023-cü il tarixində İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana həyatını itirənlərin ümumi sayı 5084215 nəfər artaraq 5084215 nəfərə çatıb.
Oksana