Qəzzada ölənlərin sayı artıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağında hücumlarını davam etdirir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlarda 38 nəfərin həyatını itirdiyi, bir fələstinlinin cansız cəsədinin əvvəlki hücumlarda dağıdılan binaların dağıntıları altından çıxarıldığı qeyd edilib.
Son 24 saat ərzində xəstəxanalara 124 yaralının gətirildiyi də bildirilib.
İsrailin hücumlarına başladığı 18 martdan bu yana həyatını itirənlərin sayının 830, yaralananların sayının isə 1787 nəfərə çatdığı bildirilib.
Fələstin Səhiyyə Nazirliyi, İsrailin hücumlarına başladığı 2023 oktyabrdan bu yana ölənlərin ümumi sayının 50 min 183, yaralı sayının isə 113 min 828-ə yüksəldiyini açıqlayıb.
Gülay