İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həyatını itirənlərin sayı 53 min 573, yaralıların sayı isə 121 min 688-ə yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi açıqlama verib.
Nazirlik 7 oktyabr 2023-cü il tarixindən bəri davam edən hücumların sayı ilə bağlı son rəqəmləri açıqlayıb. Açıqlamada, son 24 saat ərzində Qəzza zolağında 87 ölü və 290 yaralı fələstinlinin xəstəxanalara çatdırıldığı bildirilib.
İsrailin Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozduğu martın 18-dən indiyədək 3427 fələstinlinin həlak olduğu, 9647 fələstinlinin isə yaralandığı açıqlanıb.
Oksana