Qəzzada ölənlərin ümumi sayı 18 min nəfərə çatıb

Qəzzada ölənlərin ümumi sayı 18 min nəfərə çatıb
DÜNYA
21:26 10.12.2023
178

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 18 min nəfərə çatıb.

Bu barədə "Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Eyni zamanda 49 500-dən çox insan müxtəlif xəsarətlər alıb.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq "müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkədə "müharibə vəziyyəti" elan edib. Əməliyyat "Dəmir qılınclar” adlandırılıb./report

OXŞAR XƏBƏRLƏR