Qəzzada rabitə yenidən kəsildi

Qəzzada rabitə yenidən kəsildi
DÜNYA
15:17 20.12.2023
131
Qəzzada internet xidməti kəsilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin hücumlarından sonra, Qəzza zolağının böyük bir hissəsində rabitə və internet xidməti yenidən kəsilib.
 
Fələstində telekommunikasiya sahəsində xidmət göstərən iki şirkət "Jawwal" və "Ooredoo", mövzu ilə bağlı iki ayrı açıqlama verərək bunları deyib:
 
"Təəssüflə bildiririk ki, Qəzza zolağına davam edən hücumlar nəticəsində bütün rabitə və internet xidmətləri yenidən tamamilə kəsilib”. 

Ooredoo şirkəti həmçinin bildirib ki, Qəzza zolağının cənubunda və mərkəzində, eləcə də şimalda rabitə xidmətlərində yaranan kəsinti hücumların başlanmasından bəri onun xidmətlərindəki yeddinci fasilədir.
 
Günel
OXŞAR XƏBƏRLƏR