Qəzzada vəziyyət kritik həddə çatıb, suyun təmizlənməsi ilə bağlı vasitələr tükənir

Qəzzada vəziyyət kritik həddə çatıb, suyun təmizlənməsi ilə bağlı vasitələr tükənir
DÜNYA
11:58 17.08.2024
160
Qəzza zolağında içməli suyun təmizlənməsi üçün istifadə edilən natrium hipoxlorit ehtiyatı cəmi bir ay kifayət edəcək.

Bu barədə BMT-nin Fələstin ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

"Əlavə tədarük olmadan, mövcud təchizatın cəmi bir ay kifayət edəcəyi gözlənilir ki, bu da suyun dezinfeksiya edilməsi ilə bağlı ciddi narahatlıq doğurur”, - məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR