Qəzzalı uşaqlar Ümumdünya Uşaq Hüquqları Günündə BMT-yə məktub göndəriblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məktubda deyilir:
"Biz Qəzzadakı uşaqlar üçün dünyanın bütün uşaqlarla eyni əsas hüquqlarını tələb edirik. Hər şeydən əvvəl yaşamaq, təhlükəsizlik, sülh, qida və dərman hüququ.
Fundamental hüquqlarından məhrum olduqlarını bildirən uşaqlar məktublarında yazıb:
"Biz bütün Agentliyin ərazisində fəaliyyət göstərən Məktəb Parlamentinin üzvləri olaraq bu gün sizə ürək ağrısı, dərin hüzn və narahatlıqla müraciət edirik. Qəzzada bütün ailələr hər gün bombalanır və öldürülür. Qəzzada ailələr 40 gündən artıqdır ki, demək olar ki, tamamilə mühasirəyə alınıb, qida, su və həyatın əsas ehtiyaclarını qarşılamaq üçün lazım olan yanacaqdan məhrum olublar".
Mikayıl