“Qəzzaya hücumlar müharibənin genişlənməsi riskini artırır”

“Qəzzaya hücumlar müharibənin genişlənməsi riskini artırır”
DÜNYA
08:47 05.02.2024
152

İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi İsrailin Qəzzaya hücumlarının davam etməsi ilə müharibənin genişlənmə riskinin günbəgün artdığını bəyan edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İordaniyanın xarici işlər naziri Safedi fransalı həmkarı Stefan Sejourne ilə görüşüb. 

Qəzzada tam atəşkəs və mülki əhalinin müdafiəsi, eləcə də Qəzzanın bütün bölgələrinə adekvat və davamlı humanitar yardımın çatdırılması üçün birgə səylərin davam etdirilməsini müzakirə ediblər.

Görüşdə Safedi qeyd edib ki, İsrailin Qəzzaya hücumları davam etdikcə müharibənin genişlənmə riski günü-gündən artmaqdadır. 

Safedi bəyan edib ki, beynəlxalq ictimaiyyət BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) dəstəyi davam etdirməlidir.

Ayşən

OXŞAR XƏBƏRLƏR