Qəzzaya mülki mütəxəssislər göndərəcəklər

Qəzzaya mülki mütəxəssislər göndərəcəklər
DÜNYA
12:15 14.12.2025
112
Yaponiya hökuməti Qəzza zolağında atəşkəsin monitorinqi üçün ABŞ-nin təşəbbüsü ilə yaradılmış koordinasiya mərkəzində işləmək üçün mülki mütəxəssislər göndərməyi planlaşdırır.

AZXRBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə "Asahi” qəzeti məlumat yayıb.

Nəşrin Yaponiya hökumətindəki mənbələrinə görə, mərkəzin fəaliyyətində yalnız humanitar sahədə iştirak gözlənilir. Yaponiya komandası beynəlxalq humanitar təşkilatlar və QHT-lərdə çalışan, xüsusilə infrastrukturun bərpası üzrə ixtisaslaşmış regional mütəxəssislərdən ibarət olacaq.

Atəşkəsdən sonra İsrailin cənubunda, Qəzza sərhədinin yaxınlığında mülki-hərbi koordinasiya mərkəzi yaradılıb. Mərkəz, kəşfiyyat dronları və beynəlxalq təşkilatlar daxil olmaqla müxtəlif mənbələrdən Qəzzadakı vəziyyətlə bağlı real vaxt rejimində məlumat toplayacaq. ABŞ-nin rəhbərlik etdiyi mərkəzdə 40-dan çox ölkə və təşkilatın nümayəndələrinin iştirak edəcəyi bildirilir.
OXŞAR XƏBƏRLƏR