QHT 3 tələbənin təhsil haqqını ödəyəcək

QHT 3 tələbənin təhsil haqqını ödəyəcək
SOSİAL
17:34 24.08.2017
824
"Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi (İB) 3 tələbənin təhsil haqqını öz üzərinə götürüb.

Birliyin sədri Nərgiz Kərimova bu haqda Cebhe.info-ya məlumat verib.

"Təhsil insanın simasıdır. Təhsilli gənclər isə bir ölkənin, bir dövlətin savadlı gələcəyi deməkdir. Böyük messenat Hacı Zeynalabdin Tağıyevin belə bir sözü var: Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız. Bir qıza təhsil verməklə isə təhsilli bir ailə! Bu il biz 3 qızın təhsil haqqını ödədik”, - deyə bildirib.

Bildirək ki, tələbələr Babayeva Kəmalə - Bakı Slavyan Universiteti (1400 AZN), Xudadayeva Günay - Qərbi Kaspi Universiteti (1600 AZN), Musayeva Səbinə - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (1800 AZN) daxil olub.
OXŞAR XƏBƏRLƏR