QHT-lər hərbçilərimizə qarşı qeyri-insani rəftarla bağlı beynəlxalq ictimaiyyətə müraciət etdilər

QHT-lər hərbçilərimizə qarşı qeyri-insani rəftarla bağlı beynəlxalq ictimaiyyətə müraciət etdilər
SOSİAL
12:34 14.04.2023
149
Azərbaycan QHT-ləri iki Azərbaycan əsgərinin saxlanması və onlarla qeyri-insani rəftarla bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər.

Müraciətdə deyilir:

"Azərbaycanın QHT icması Azərbaycan və Ermənistan arasında sülhün və sabitliyin bərqərar olması istiqamətində işlər görülməsini səbirsizliklə gözləyirdi. Azərbaycana qarşı illərlə davam edən təcavüzlərə baxmayaraq, biz barışığa sadiq qalmışıq və qalırıq. Lakin Ermənistanın davamlı təxribatları yekun sülh sazişinin imzalanmasını pozduğu üçün iki ölkə arasında sülh məsələsi hələ də həllini tapmır. Ermənilərin hələ də davam edən mina terroru, demək olar ki, hər həftə günahsız Azərbaycan vətəndaşlarının həyatına son qoyur. Sərhəd ərazilərində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı kobud şəkildə pozan çoxsaylı təxribatlar da bu həssas sülhü təhlükə altında saxlayır.

Bu gün biz Azərbaycan və Ermənistan arasında uzaqlaşmanı daha da dərinləşdirə biləcək daha bir qorxulu məsələyə görə öz səsimizi qaldırırıq. Bu həftənin əvvəlində iki Azərbaycan əsgəri pis hava şəraitində itkin düşüb və Ermənistan hakimiyyəti bu əsgərlərin onların nəzarətində olduğunu təsdiqləyib.
Lakin sonra erməni mətbuatında bu əsgərlərin işgəncəyə məruz qalması ilə bağlı görüntülər ortaya çıxdı. Onların döyülməsinə və alçaldılmasına dair təkzibolunmaz sübutlar var. Ermənistan hakimiyyəti nəinki Cenevrə Konvensiyalarını açıq-aşkar pozur, hətta hazırda sosial şəbəkələrdə yayılan müvafiq kadrlarla və həmin əsgərlərlə tamamilə biabırçı şəkildə rəftarları ilə qürur duyurlar.

Biz müvafiq beynəlxalq təşkilatları və ədalət keşiyində duran qurumları insan hüquqlarına və beynəlxalq humanitar hüquqa bu qeyri-bərabər hörmətsizlik qarşısında səssiz qalmamağa, bu məsələ başda olmaqla, növbəti faciələrin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq. Həmçinin qeyd edək ki, oxşar hallarda erməni hərbçilər səhvən Azərbaycan ərazilərinə daxil olduqda onlar tez və zərərsiz şəkildə geri qaytarılıblar.

Biz sizdən hər iki Azərbaycan vətəndaşının sağ-salamat Vətənə qayıtmasına köməklik göstərməyinizi xahiş edirik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO