QHT-lərə 2025-ci il üzrə qrant müsabiqələri elan edildi

QHT-lərə 2025-ci il üzrə qrant müsabiqələri elan edildi
SOSİAL
11:34 23.10.2024
221
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələri elan edib.

AZXEBER.COM xəbər verir ki, hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2024-cü il noyabrın 25-də başlanacaq. Müraciət üçün son tarix 25 dekabr 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2025-ci ilin I rübü ərzində elan olunacaq.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

Kiçik qrant müsabiqələri üzrə: 15000 manat (icra müddəti 6 ayadək);

Orta qrant müsabiqəsi üzrə: 30000 manat (icra müddəti 9 ayadək);

Böyük qrant müsabiqəsi üzrə: 50000 manat (12 ayadək).

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin analitik qrupu 2025-ci il cəmiyyət həyatında mühüm yer tutacaq ən aktual mövzuları prioritetləşdirib.

Müsabiqələr aşağıdakı kateqoriyalar üzrə mövzuları ehtiva edir:

A. İdeoloji təhlükəsizlik, hibrit təhdidlərə qarşı mübarizə

(ideoloji təxribatlara qarşı profilaktika, zərərli xarici təsirlərə qarşı sayıqlılığın artırılması, uşaqların və gənc nəslin milli ruhda tərbiyəsinə, yüksək ənənəvi dəyərlərin qorunmasına dair təşəbbüslərə üstünlük verilir);

B. İqlim dəyişmələrinin fəsadları ilə mübarizə, COP29-un qlobal mirası

(Ekoloji yönümlü mövzulara (hidrotəhlükəsizlik və s.), COP29-un qlobal mirasına dair beynəlxalq təşəbbüslərə üstünlük verilir);

C. Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar

(xarici QHT-ləri tərəfdaşlığa cəlb etməklə xarici ölkələrdə konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, birgə hesabatların hazırlanması və yayılmasına dair təkliflərə, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə üstünlük verilir);

D. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi

(Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, Böyük Qayıdış nəticəsində doğma yurdlarına dönmüş və qayıtmağa hazırlaşan sakinlərlə işə, azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi "minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük verilir);

E. Şəhid ailələri və müharibə iştirakçıları ilə iş

(şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş, hüquqi və psixoloji xidmətin təşkili, Azərbaycan Respublikasının istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlilinə dair təşəbbüslərə üstünlük verilir);

F. Sağlam və təhlükəsiz həyat tərzinin təbliği

(narkomaniya, tütünçəkmə, artıq çəki, yoluxucu xəstəliklər ilə mübarizə, velosipedlərdən istifadənin təbliği, yol hərəkətinin təhlükəsizliyi, sürücülük mədəniyyətinin yüksəldilməsinə dair təşəbbüslərə üstünlük verilir);

G. Erkən nikah, məişət zorakılığı, insan alverinə qarşı mübarizə, həssas qruplarla iş

(Erkən nikah, məişət zorakılığı, insan alverinə qarşı mübarizəyə, qadınlar, ahıllar, fiziki məhdudiyyətli şəxslər, aztəminatlı ailələr ilə işə, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük verilir);

H. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər (sərbəst mövzu)

(Yuxarıda qeyd olunan kateqoriyalar üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin təşviqinə dair beynəlxalq əhəmiyyətli təşəbbüslərə üstünlük verilir)

Qeyd edək ki, artıq ötən ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lərin müsabiqələrə layihə təklifi üçün mövzu seçiminə sərbəst mövzu bölməsi də əlavə edir. Bu o deməkdir, QHT elan edilmiş mövzu istiqamətlərindən kənarda - özünün aktual hesab etdiyi milli, ictimai və beynəlxalq əhəmiyyətli istənilən mövzuda layihə təklifi ilə çıxış edə bilər.

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

- Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 237 və 238 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;

- Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;

- QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;

- Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri.

QHT-lər layihə təkliflərini Agentliyin saytında (www.ngoagency.gov.az) xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim etməlidir, müvafiq bölmə 2024-cü il noyabrın 25-dən dekabrın 25-dək Agentliyin saytında aktiv olacaq. Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə baxılmayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?