QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR

QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR
SİYASƏT
17:45 18.03.2025
247
"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Avstriyanın paytaxtı Vyanada şəhərində ATƏT tərəfindən təşkil olunan "Münaqişə və humanitar böhranlar dövründə medianın rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Tədbirdə ATƏT-ə üzv ölkələri təmsil edən diplomatlar, media və qht təmsilçiləri, rəsmi nümayəndə heyətləri iştirak edib. Tədbirdə çıxış edən Fərid Şahbazlı Ermənistanın dezinformasiya siyasəti və mina terroru haqqında məlumat verib.

Fərid Şahbazlının çıxışını olduğu kimi təqdim edirik:

Hörmətli konfrans iştirakçıları,

Dezinformasiya bu gün qlobal informasiya mühitinin ən təhlükəli elementlərindən biridir. Xüsusilə, münaqişə bölgələrində saxta məlumatların yayılması təkcə ictimai rəyi manipulyasiya etmir, həm də sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın Qarabağ məsələsi ilə bağlı illərdir apardığı dezinformasiya siyasəti bunun ən açıq nümunələrindən biridir.

Bu kontekstdə Azərbaycanın üzləşdiyi ən ciddi problemlərdən biri Ermənistanın uzun illər boyu apardığı sistemli dezinformasiya kampaniyalarıdır. Xüsusilə, Qarabağ münaqişəsi və post-müharibə dövründə Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün uydurma xəbərlər yayması, saxta humanitar böhran görüntüsü yaratması və tarixi faktları təhrif etməsi bunun açıq sübutudur.

Dezinformasiyanın əsas məqsədi reallıqları gizlətmək, beynəlxalq ictimaiyyəti yanlış yönləndirmək və informasiya məkanında haqlı tərəfi günahkar kimi göstərməkdir. Ermənistan mediası və onun dəstəklədiyi lobbi qrupları saxta görüntülər, yalan məlumatlar və manipulyativ hesabatlarla Azərbaycan əleyhinə kampaniyalar aparır. Bu cür hallar yalnız Azərbaycanı hədəf seçmir, eyni zamanda beynəlxalq ictimaiyyəti aldatmaq və ədalətdən yayınmaq məqsədi daşıyır.

Xüsusilə qeyd etmək istəyirəm ki, Ermənistanın müharibədən keçən 5 il ərzində mina xəritələrinin Azərbaycana tam və doğru təqdim etməməsi səbəbindən Qarabağda çox sayda mülki şəxs və jurnalistlər həyatını itirib. Bu dəhşət hələ də davam edir.

ATƏT və beynəlxalq təşkilatlar dezinformasiya ilə mübarizədə ədalətli yanaşma sərgiləməli, media platformalarında qərəzli və manipulyativ məlumatların yayılmasına qarşı effektiv mexanizmlər formalaşdırmalıdır. Çünki saxta informasiya təkcə dövlətlərarası münasibətlərə deyil, bütövlükdə qlobal təhlükəsizliyə və sabitliyə ciddi təhdid yaradır.

Biz həqiqəti müdafiə etməyə davam etməliyik. Çünki doğru informasiya olmadan nə demokratiya, nə sülh, nə də beynəlxalq əməkdaşlıq mümkündür.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə avtomobil 3 piyadanı vurub
23:57 18.03.2025
Gəncədə avtomobil 3 piyadanı vurub
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
23:42 18.03.2025
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
23:38 18.03.2025
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
23:26 18.03.2025
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
23:18 18.03.2025
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
23:04 18.03.2025
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
22:54 18.03.2025
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
22:45 18.03.2025
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
22:27 18.03.2025
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
22:15 18.03.2025
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
22:06 18.03.2025
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
21:56 18.03.2025
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
21:36 18.03.2025
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
21:21 18.03.2025
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
21:18 18.03.2025
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR
21:09 18.03.2025
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR