QHT sədrindən təklif: “Silahlı Qüvvələr Fonduna yardım üçün sms sistemi yaradılsın”

QHT sədrindən təklif: “Silahlı Qüvvələr Fonduna yardım üçün sms sistemi yaradılsın”
SİYASƏT
00:26 03.10.2020
913
 Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə öz sosial hesabında təkliflə çıxış edib: 

"Xahiş edirəm nəticə əldə edənə kimi mobil operatorlara müraciətlərimizi davam edək !

Azercell, Bakcell, Nar mobil operatorları,

Xahiş edirəm Azərbaycan Silahlı Qüvvələr Fondunun hesabına yardım üçün ödənişli sms sistemi yaradasınız. Bir çox əhali qrupu online bank əməliyyatından istifadə edə bilmir. 1,5,10,50,100 manatlıq ödənişli sms vasitəsilə əhalinin içindən gələn bu istəyə vəsilə olun .

Bilirik yetəri yardımı edirsiniz , amma əhali olaraq bu məbləği 5-6-10 qat belə çox edə bilərik!"

Qeyd edək ki, Azerfon (NAR) şirkəti həmin paylaşımda irəli sürülən təklifə ilk reaksiyanı verib:

 "Təklifiniz üçün təşəkkür edirik. İstəyiniz qeydə alındı, məlumat nəzərə alınacaq. Bizi diqqət mərkəzində saxladığınız üçün təşəkkür edirik "

Bakcell şirkəti isə aşağıdakı formada təklifə münasibət bildirib:

"Salam. Sizin fikir və təklifləriniz bizim üçün çox önəmlidir. Bunların hər biri tərəfimizdən araşdırılır və mümkün olduqda həyata keçirilərək abunəçilərimizin xidmətinə təqdim edilir. İstəyiniz qeydə alındı. Bizi diqqət mərkəzində saxlayaraq dəstək verdiyiniz üçün təşəkkür edirik."

Azercell isə təklifə aşağıdakı kimi münasibət bildirib:
"Salam, Fexreddin Hesenzade. İstəyinizi bildirdiyiniz üçün təşəkkür edirik! Müraciətiniz qeydə alındı. İstəyinizin tətbiqi imkanları tərəfimizdən araşdırılacaqdır
OXŞAR XƏBƏRLƏR