ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) öz təhlil hesabatında qida zəhərlənməsi kimi yoluxucu xəstəliklərin 40 faizinin xəstə işə gələn restoran və ya qida biznesi işçiləri ilə əlaqəli olduğunu ortaya qoyub.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamenti nəzdində ictimai sağlamlıq və təhlükəsizlik üzrə çalışan CDC 2017-2019-cu illər arasında məlumatlarla apardığı təhlil araşdırmasında restoran və iaşə kimi qida bizneslərindən qaynaqlanan xəstəliklərin təxminən 40 faizinin, çalışan işçilər tərəfindən törədildiyini bildirib. CDC hesabatında qusma və ishal əlamətləri olan norovirusun qida yoluxucu xəstəliklərin 47 faizinə, salmonellaların isə 18,6 faizinə cavabdeh olduğunu vurğulayıb. Bildirilib ki, bu xəstəliklər qismən işə xəstə gələn işçi tərəfindən törədilir.
Qeyd edək ki, CDC hesabatında deyilir ki, mövcud tendensiyanın məzmunu və tətbiqi yenidən nəzərdən keçirilməli və dəqiqləşdirilməlidir.
Mikayıl