İmzalanma mərasimi bu gün baş tutub.
Qırğızıstan Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqaviləni imzalayıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, imzalanma mərasimi bu gün Ali Avrasiya İqtisadi Şurasının dövlət başçıları səviyyəsində keçirilən iclasında baş tutub.
Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında Ermənistan və Qırğızıstanın Avrasiya İttifaqına üzv olmalarının bu ölkələrin mili maraqlarına cavab verdiyinə əmin olduğunu, habelə onların sosial-iqtisadi inkişafı üçün geniş imkanlar açdığını bildirib.