Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

SİYASƏT
16:54 25.04.2024
187
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.

AZXEBER.COM xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Sadır Japarovu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola salıblar.
OXŞAR XƏBƏRLƏR