Qırğızıstan Rusiya ilə sazişləri ləğv etdi

DÜNYA
10:00 21.01.2016
1391

Yanvarın 20-də Qırğızıstan parlamenti Rusiya ilə iki enerji zavodunun tikintisi və işlədilməsi üzrə sazişləri ləğv edib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Yuxarı Narın və Kambar-Ata-1 Su-elektrik zavodlarını tikməliydi.

İqtisadiyyat nazirinin müavini Nurlan Sadykov səsvermədən sonra deputatlara deyib ki, Rusiya dövlət şirkətlərinin layihələrə yatırdığı 37 milyon dollar yeni investor tapılan kimi qaytarılacaq.

Sadykovun sözlərinə görə, sazişlər “Rusiya maliyyəni dayandırdığı” üçün kəsilib.

Qırğızıstan prezidenti Almazbek Atambaev ötən ay deyirdi ki, ölkə həmin layihələr üçün yeni tərəfdaşları axtarır.

Layihələrin ümumi dəyəri 3.2 milyard dollardır.

OXŞAR XƏBƏRLƏR