Qırğızıstanda Qarabağdakı ekoloji böhranla bağlı tədbir keçirildi - FOTOLAR

Qırğızıstanda Qarabağdakı ekoloji böhranla bağlı tədbir keçirildi - FOTOLAR
SOSİAL
14:42 26.11.2024
232

Qırğız Milli Universitetində "İqlim dəyişikliyində ekoloji terrorun rolu - Qarabağ nümunəsində” Bişkek Konfransı baş tutub.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Qırğız Milli Universitetində"İqlim dəyişikliyində ekoloji terrorun rolu - Qarabağ nümunəsində” Bişkek Konfransı baş tutub.

AZXEBER.COM xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin professoru Kayrat Osmanaliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda apardığı quruculuq işlərindən, ekoloji terrora məruz qalan bu ərazilərdə tarixi irsin necə məhv edilməsindən bəhs edib. O, dost və qardaş Qırğızıstanın dəstəyi ilə Ağdamda tikilməkdə olan orta məktəb binasının həmçinin Azərbaycan Qırğızıstan dostluğunun növbəti simvollarından biri olduğunu bildirib.

Tədbiri öz çıxışı ilə davam etdirən Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov Azərbaycanın dünyanın ən nüfuzlu tədbirlərindən biri olan COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsinin tarixi uğur olduğunu və bu tədbirdə imzalanan sənədlərin dünya üçün əhəmiyyətindən bəhs edib:

"Azərbaycan bir tərəfdən işğaldan azad edilən torpaqlarda quruculuq işləri görür, bir tərəfdən region üçün önəmli işlərə imza atır, digər tərəfdən isə bütün dünya ölkələrini narhat edən iqlim dəyişikliyi mövzusunda keçirilən ən nüfuzlu tədbirə ev sahibliyi edir. Bütün bunları dəqiq və ardıcıl həyata keçirmək güclü siyasi iradənin nəticəsidir”.

Ə.Ağalarov işğal dönəmində Qarabağda həyata keçirilən ekoloji terrorun ağır nəticələri haqqında da konfrans iştirakçılarına məlumat verib:

"Ermənistanın təxminən 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçılıq siyasəti BMT-nin bu Məqsədlərinin 2030-cu ilədək qarşıya qoyduğu hədəflər Cənubi Qafqaz regionunda böyük sual altına salıb. İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarıb. Azərbaycanın əvvəllər işğal olunmuş bütün ərazilərində 260 min hektara yaxın meşə ərazisi var idisə, hazırda bu ərazilərdə meşə örtüyü sürətlə azalıb”.

Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, COP-29 öncəsi Azərbaycana qarşı dünya mediasında dezinformasiya kampaniyası aparılıb. Ancaq Azərbaycana mötəbər tədbirə ən yüksək səviyyədə hazırlaşıb və bütün bu kampaniyalar heç bir nəticə verməyib.

Tədbirdə çıxış edən digər natiqlər mövzular üzrə akademik məqalələrini konfrans iştirakçılarının diqqətinə çatdırıblar.








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama