Qırğızıstanlı nazir "Union Logistics"in qonağı oldu - FOTO - VİDEO

Qırğızıstanlı nazir "Union Logistics"in qonağı oldu - FOTO - VİDEO
SOSİAL
13:07 15.12.2023
209
Qırğızıstanın Nəqliyyat və Kommunikasiya naziri Azərbaycan şirkəti olan "Union Logistics"in Bakı ofisinin qonağı olub. 
 
AZXEBER.COM xəbər verir ki, 4 ölkədə filialı olan "Union Logistics” şirkəti Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-kommunikasiyalarının genişləndirilməsinə öz töhfəsini verir. Çin, Türkiyə, Qırğızıstan və digər ölkələrdə filialı olan şirkət öz arealını daha da genişləndirmək niyyətindədir.

Artıq Qırğızıstan Azad İqtisadi Zonasında fəaliyyət statusu qazanan şirkət, nəqliyyat əlaqələrinin inkişafı üçün yeni mərhələyə start verib.  

"Union Logistics”in dəvəti ilə Bakıda səfərdə olan Qırğızıstanın Nəqliyyat və Kommunikasiya naziri Tilek Takebayev şirkət rəhbərliyi ilə yeni planlar barədə müzakirələr aparıb.
 
Nazir bu haqda deyib: "Yüklərin daşınmasında artan tələbatı nəzərə alaraq Azərbaycanla-Qırğızıstan arasında nəqliyyat sahəsində əməkdaşlıq gücləndirlib. Kommunikasiyaların kəsişməsində yerləşən Azərbycan ərazisi  Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Avropa ölkələri və əks istiqamətə yüklərin daşınması üçün olduqca əlverişlidir. Geosiyasi dəyişikliklər Qırğızıstanı da alternativ logistik xətlər və multimodal daşımalar axtarmağa vadar edir. 
 
Qeyd edək ki, 11 illik beynəlxalq təcrübəyə malik "Union Logistics" şirkəti artıq 2 ildir ki, Azərbaycanda da fəaliyyətə başlayıb. 

Şirkətin strateji hədəflərinə gəlincə, Prezident İlham Əliyevin çağırışlarına uyğun olaraq Azərbaycanın logistik imkanlarını genişləndirməklə iqtisadi-ticari əlaqələri artırmaq, ölkəyə əlavə valyuta gətirmək, əlavə iş yerləri yaratmaqla sosial rifahı daha da yüksəltməkdir. 

Odur ki, bütün yolları "UNİON LOGİSTİCS”-lə qət etmək Sizi hədəflərə daha tez çatdırcaq…. !
 







OXŞAR XƏBƏRLƏR