Qırmızı Bazar qəsəbəsində torpaq əldə etmək istəyən sakinlərin NƏZƏRİNƏ

Qırmızı Bazar qəsəbəsində torpaq əldə etmək istəyən sakinlərin NƏZƏRİNƏ
SOSİAL
21:31 13.02.2026
530
Fevralın 13-dən etibarən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindəki kənd təsərrüfatı təyinatlı torpaqların əkinçilik məqsədilə istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az portalı üzərindən ərizələrin qəbuluna start verilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan qəsəbədə məskunlaşan və orada yaşayan vətəndaşlardan müraciətlərin toplanması prosesi 2026-cı il martın 13-də günün sonuna qədər davam edəcək.

Qırmızı Bazar qəsəbəsi üzrə aqrar təyinatlı torpaq sahələrinin əkin məqsədli istifadəyə təqdim edilməsi Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2024-cü il tarixli, 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli, 544 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na uyğun olaraq icra ediləcək.

Təklif olunan torpaq sahələri minimum 5 hektar olmaqla, əsasən dəmyə (suvarılmayan) əraziləri əhatə edir və kənd ətrafında yerləşən əkin üçün yararlı sahələrdir. Həmin ərazilərdə dəmyə şəraiti üçün xarakterik olan buğda, arpa, qarğıdalı, yem bitkilərindən yonca, xaşa və müxtəlif ot qarışıqları, həmçinin tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök və kələm kimi bitkilərin əkilməsi planlaşdırılır. Su təminatı mümkün olan sahələrdə isə çoxillik bitkilərdən qoz, fındıq, şabalıd, armud, gilas, üzüm və bəzi giləmeyvələrin yetişdirilməsi mümkündür.

Qırmızı Bazar qəsəbəsinə köçən sakinlər torpaq sahələrindən güzəştli qaydada əkinlərin aparılması məqsədilə istifadə etmək üçün aşağıdakı ardıcıllıqla müraciət edə bilərlər:

EKTİS sistemində qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinin yaradılması), elektron kabinetdə "Müraciətlərim" bölməsindən "torpaq icarəsinə müraciət" - "Qırmızı Bazar" seçimi etməklə müvafiq ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsindəki qeydiyyat yerindən asılı olmayaraq, faktiki yaşayış ünvanının Qırmızı Bazar qəsəbəsi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqi vasitəsilə qeyd etmək.

Nəzərinizə çatdıraq ki, müraciət edən şəxslərlə təlimlərin təşkili, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması prosesi 2026-cı ilin aprel ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik əkmələr üçün isə 5 il müəyyən edilib və istifadənin nəticələrinə müvafiq olaraq bu müddətin uzadılması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
19:36 06.11.2026
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
19:12 06.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
18:59 06.11.2026
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir