Qırmızı dənizdə ABŞ gəmisini raketlərlə vurdular

Qırmızı dənizdə ABŞ gəmisini raketlərlə vurdular
DÜNYA
13:50 12.03.2024
117
Yəməndəki husilər ABŞ-nin Pinocchio gəmisini dəniz raketləri ilə hədəfə alıblar.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-nin Qırmızı dənizdəki Pinocchio gəmisini dəniz raketləri ilə hədəfə aldıqlarını açıqlayıb.

Husilərin Hərbi Sözçüsü Yahya Seri Telegram və X sosial platformasına hücumla bağlı açıqlama verib.O, hücumda gəminin birbaşa zərbə aldığını bildirib.

Yahya Seri husi qüvvələrinin Ramazan ayı ərzində hərbi əməliyyatlarını artıracaqlarını, Fələstin xalqına dəstək və yardımda dini, mənəvi və humanitar vəzifələrini yerinə yetirməyə davam edəcəklərini qeyd edib.
 
Nəzrin
OXŞAR XƏBƏRLƏR