Qırmızı dənizdən İsrailə yeni raket hücumu

Qırmızı dənizdən İsrailə yeni raket hücumu
DÜNYA
11:42 03.06.2024
135
İsrail Qırmızı dəniz bölgəsi üzərində raketi vurduğunu açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail bu gün Eylat liman şəhərinə raket hücumunun qarşısını aldığını açıqlayıb.

İsrail ordusu sakinlərə sığınacaq tapmaları barədə xəbərdarlıq etdikdən sonra Qırmızı dəniz bölgəsindən atılan yer raketini vurmaq üçün özünün Arrov ballistik raket ələ keçirmə qurğusundan istifadə etdiyini açıqlayıb.

Dağıntı və ya insan itkisi barədə məlumat verilməsə də, ordu raketi kimin atmış ola biləcəyi ilə bağlı heç bir məlumat verməyib.

Eylat bundan əvvəl Qəzzada HƏMAS ilə həmrəylik elan edən yəmənli husilərin dəfələrlə uzaq məsafədən hücumlarına məruz qalmışdı.

Ayşən
OXŞAR XƏBƏRLƏR