"Qırmızı Körpü" gömrük postunda gözləyən avtomobillərin sayı açıqlandı

"Qırmızı Körpü" gömrük postunda gözləyən avtomobillərin sayı açıqlandı
SOSİAL
17:59 17.12.2023
175
Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü” gömrük postunda hazırda 1 017 avtomobil gözləyir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Astara” gömrük postunda 78, "Biləsuvar” gömrük postunda 60, "Mazımqara” gömrük postunda 25, "Samur” gömrük postunda 20 və "Xanoba” gömrük postunda 16 yük maşını var.
AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
OXŞAR XƏBƏRLƏR