Qırmızı Xaç Ukraynada fəaliyyətini dayandırdı

DÜNYA
00:02 05.10.2014
1196

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Ukraynada öz fəaliyyətini müvəqqəti dayandırıb. Musavat.com-un məlumatına görə, səbəb kimi qurumun əməkdaşlarından birinin Donetskdə həlak olması göstərilir. Bu barədə Qırmızı Xaçın Ukraynadakı nümayəndəliyinin mətbuat katibi Alina Murzayeva açıqlama verib.

Onun sözlərinə görə, belə bir qərar birinci növbədə əməkdaşların təhlükəsizliyini təmin eləmək, ikinci yandan isə həlak olanın cəsədini ailəsinə çatdırmaq üçün qəbul olunub. “Təşkilatın Ukraynadakı fəaliyyətinin aqibəti hələ müzakirə ediləcək” - əlavə edib qurum nümayəndəsi. 

Xatırladaq ki, oktyabrın 2-də 38 yaşlı İsveçrə vətəndaşı Loran Etyen dyu Paskye Donetskdə artilleriya atışması zamanı həlak olub. Mərmi beynəlxalq təşkilatın ofisinin düz yanında partlamışdı. 

OXŞAR XƏBƏRLƏR