QİÇS-dən əziyyət çəkən azərbaycanlı kişi danışdı - VİDEO

QİÇS-dən əziyyət çəkən azərbaycanlı kişi danışdı - VİDEO
SOSİAL
14:21 02.12.2016
2020
Adının çəkilməsini və üzünün görünməsini istəməyən müsahibim 8 ildir qazanılmış immun çatışmazlığı sindromundan əziyyət çəkir.
 
Deyir, İİV-ə inyeksion narkotik istifadəsi nəticəsində yoluxub: "Bu xəstəlik məndə 2008-ci ildə aşkar olub, 2012-ci ildən qeydiyyatdayam. İynədən keçib mənə türmədə. Bir ilə 5-6 nəfər istifadə edirdik. Əlamətləri yorğunluqdu. Bir az yol gedirsən yorulursan, yata bilmirsən, iştahsızlıq olur”. Dünyada olduğu kimi, Azərbaycanda da qazanılmış immun çatışmazlığı sindromundan əziyyət çəkənlərin sayı ilbəil artır. Bu ilin 11 ayı ərzində Azərbaycanda 464 nəfərdə immun çatışmazlığı infeksiyası aşkarlanıb. Onlardan 450-si Azərbaycan vətəndaşı, 14-ü isə əcnəbidir. Qeydiyyatda olan azərbaycanlı vətəndaşların 287-si kişi, 163-ü qadındır. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib ki, xəstəliyə yoluxanlar arasında əsasən yaşlılar üstünlük təşkil edirlər: "Keçən illə müqayisə etsək görərik ki, İİV-ə yoluxma halları azalıb. Azərbaycanda 70%ə yaxın yoluxanlar 15-49 yaş arası yoluxanlardır. Dünyada 2016-cı ildə İİV-lə yaşayan insan qeydiyyatdadır. 400 minə yaxın şəxsdə yoluxma azalıb. Bu xəstəliyə yoluxanların əksəriyyəti yaşlı şəxslərdir, 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşdan kiçik olanlardır”. Natiq Zülfüqarovun sözlərinə görə, keçən ildən etibarən nikaha daxil olmaq istəyən 114 315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə yoluxma faktı təsdiqlənib. Azərbaycanda bu xəstəlik əsasən inyeksion narkotik istifadəçiləri arasında yayılıb: "Azərbaycanda risk qruplarına inyeksion narkotik istifadəçiləri, homoseksuallar, seks-biznes nümayəndələri və məhbuslar aiddir. Yoluxan şəxslərin 50 %-i inyeksion narkpotik istifadəçiləridir”. Elə bu yolla virusa yoluxan müsahibim indi peşman olduğunu deyir.
 
Bildirir ki, ömrünün qalan hissəsini sağlam yaşamaq istəyir. O, gəncləri bu yoldan çəkinməyi, virusun yayılmasına qarşı mübarizə aparmağı məsləhət görür: "Məsləhət görməzdim kimsə belə bir şey eləsin, əsas cavanlar eləməsinlər, heç qətiyyən. 20 il türmədə olmuşam, ömrümün qalan hissəsini də azadlıqda yaşamaq istəyirəm, belə qərara gəldim”.
 
Qeyd edək ki, dekabrın 1-i dünyada QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur. Qazanılmış immun çatışmazlığı sindromunun insana ilk dəfə 1926-ci ildə meymundan keçdiyi ehtimal olunur. XX əsrin əvvəllərinədək bu virusdan xəbərsiz olan bəşəriyyət 1959-cu ildə Konqoda bir sakinin ölməsindən sonra onu kəşf edib. Və bu xəstəlik 20-ci əsrin bəlasına çevrilib. Elə 21-ci əsrdə də hələ ki, onunla mübarizə yollarını tapmaq mümkün olmayıb. Buna görə də, mütəxəssislər ilk növbədə insanları özlərini qorumağa çağırırlar.
 
AZXEBER/COM CBC telekanalının əməkdaşı Elnarə Baxışovanın mövzu ilə bağlı süjeti təqdim edir
 

OXŞAR XƏBƏRLƏR