“Qismətimizdə varsa, sabah biz mərhələni keçəcəyik“

“Qismətimizdə varsa, sabah biz mərhələni keçəcəyik“
İDMAN
23:20 09.12.2015
2079

"Bu il qrupda son oyunumuzdur. Oyunun mahiyyətini bilirik. Uğurlu nəticə əldə etmək istəyiriksə, bizi qələbə qane edir. Başqa çıxış yolumuz yoxdur. Ancaq qalib gəlməliyik".

AZXEBER.COM-un qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext"lə matç öncəsi keçirilən mətbuat konfransında deyib.

"Çətin olmağına baxmayaraq, komandanı oyuna tam hazır etmişik. Hər bir futbolçu meydanda sonadək mübarizə aparacaq. Çünki bu oyunda bizi bir nəticə qane edir. Hər bir futbolçu məsuliyyətini dərk edir. Rəqib evdə və ya səfərdə oynamasından asılı olmayaraq, aqressiv oyun nümayiş etdirir. Əgər qismətimizdə varsa, sabah qalib gələcəyik. Bizim itirəcək heçnəyimiz yoxdur".

Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ" bütün qrup oyunlarında yaxşı müdafiə oynayıb. Ancaq sabah "Qarabağ"a qol lazımdır. Bu səbəbdən taktiki dəyişiklik gözlənilirmi?

- Dəyişiklik hər oyunda olur. Hər bir komandaya qarşı düzgün müdafiə olunmasan, problem yarana bilər. Biz buna hazırıq. Lazım olanda müdafiədə, lazım olanda hücumda olacağıq. Qalib gəlmək istəyiriksə, qol vurmaq mütləqdir.

-Üstünlük "Anderlext" tərəfdədir. Sabah inşallah çalışacağıq ki, ən azından azarkeşlərimiz oyunumuzdan razı qalsın. Zədəli oyunçularımızın kimlər olduğunu bilirsiniz. Təbii ki, belə olanda heyət seçimində müəyyən çətinliklər olur.

-"Qarabağ" həmişə ümidini son mərhələyə saxlayıb. Necə etmək lazımdır ki, "Qarabağ" daha yuxarı mərhələlərə qalxsın? Bəlkə 3-4 peşəkar oyunçu almaq lazımdır?

- Real baxsaq, futbolun gözəlliyi ondadır ki , hər uğurlu nəticə son qalır. Keçən il belə hal baş vermişdi. Amma "İnter"ə vurduğumuz qol sayılmadı. Sayılsaydı, növbəti mərhələyə keçəcəkdik. Amma 3-4 oyunçu alsaq, bu o demək deyil ki, növbəti mərhələlərə keçəcəyik, daha yaxşı nəticələr qazanacağıq. Az müddətdir ki, Avropa arenasına çıxmışıq. Hələ görüləsi işlər çoxdur. Qismətimizdə varsa, sabah biz mərhələni keçəcəyik.

- Komandada əhval-ruhiyyə nə yerdədir? Futbolçularda qələbəyə inam necədir? Rəqibdə də itkilər var. Bu, bizim köməyimizə gələ bilərmi?

- "Anderlext"i tanıyırıq. Bu futbol klubunun strukturunu bilirik. "Anderlext" üçün bir neçə futbolçunun oynamaması problem deyil. İtkilər daha çox bizdədir. Komanda ab-hava yaxşıdır. Hamı bilir ki, son şansımızdır. Onları heç motivasiya etmək də lazım deyil. Futbolçuların hər biri öz məsuliyyətini dərk edir.

Qeyd edək ki, Azərbaycanın bir qrup qeyri-idman yazarı olan jurnalisti Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Belçikada baş tutacaq “Anderlext” – “Qarabağ” oyununda iştirak etmək üçün bu ölkəyə yollanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub